"Şamaxı" Azərbaycan Kuboku tarixində əlamətdar yubileyə imza atıb.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi ölkə kubokunda 60-cı qələbəsini rəsmiləşdirib. Bu tarixi uğur turnirin 1/4 final mərhələsinin ilk qarşılaşmasında, "Qarabağ"la doğma meydandakı oyunda (2:1) qazanılıb.
Müxtəlif illərdə "Xəzər Universiteti", "İnter" və "Keşlə" adları altında çıxış etmiş klub, bu göstəriciyə 115-ci matçında nail olub.
Bu nəticə ilə "Şamaxı" kubok tarixində ən çox qalib gələn 4-cü komanda olub. Turnir tarixində ondan daha çox qələbəyə yalnız "Qarabağ", "Neftçi" və "Kəpəz" imza atıb.
Xatırladaq ki, klub kubokda ilk qalibiyyətini 2001/2002 mövsümündə, "Ümid"lə (Bakı) səfər qarşılaşmasında (3:1) əldə etmişdi


