Formula 1-də mövsümün 4-cü yarışı Bəhreyndə keçirilir.
Offsideplus.az xəbər verir ki, dünən keçirilən təsnifat yarışının qalibi "Maklaren"in pilotu Oskar Piastri olub. Avstriyalı pilot ən sürətli dövrəni ataraq bütün rəqiblərini qabaqlayıb.
İkinci yeri "Ferrari"nin pilotu Şarl Lekler, üçüncü yeri isə "Mersedes"dən Corc Rassel tutub.
Çempionatın lideri Lando Norris altıncı, son çempion Maks Ferstappen isə yeddinci yerdən start götürəcək.
Əsas yarış bu gün Bakı vaxtıyla saat 19:00-da başlayacaq.