“Formula 1” üzrə dünya çempionatında 2023 mövsümü başa çatıb.
Offsideplus.az xəbər verir ki, mövsümün son Qran-prisi Əbu-Dabidə keçirilib.
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen 23-cü mərhələnin də qalibi olub. Bununla da üçqat dünya çempionu mövsüm ərzində 19-cu, ümumilikdə isə 54-cü qələbəsini qazanıb.
İkinci yeri “Ferrari” komandasının üzvü Şarl Lekler tutub. İlk “üçlüy”ü “Mercedes”in sürücüsü Corc Rassell qapayıb.
Beləliklə, Maks Ferstappen 575 xalla pilotların, “Red Bull” isə 860 xalla komandaların yarışında mövsümü zirvədə başa vurub.