Formula 1 yarışının Yaponiya Qran-Prisində xoşagəlməz anlar yaşanıb.

Offsideplus.az xəbər verir ki, bu gün ikinci məşq zamanı Alpine-nin pilotu Cek Duhe qəzaya uğrayıb.

Onun bolidi elə ilk döngədə qoruyucu divara çırpılıb. Ciddi zədə almayan pilot bolidi özü tərk edib.

Qeyd edək ki, Yaponiya Qran-Prisinin təsnifat mərhələsi sabah, əsas yarış günü isə aprelin 6-da olacaq.