Bu gün Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda "Qarabağ" İsveçin "Malmö" klubu ilə üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində ciddi itki var. Mateus Silva zədə səbəbindən meydana çıxa bilməyəcək. Bundan başqa heyətdə hansısa problem yoxdur. Görəsən, Qurban Qurbanov "Malmö" qarşısına hansı heyətlə çıxacaq.
Offsideplus.az olaraq Ağdam təmsilçisinin təxmini heyətini hazırlamışıq:
Sxemdə hansısa dəyişiklik olmayacaq. Qurban Qurbanov 4-5-1-dən istifadə edəcək. Qapıdan "Sabah"la matçda meydana çıxan Fabian Buntiç dayanacaq. Müdafiənin solunda dəyişilməz Elvin Cəfərquliyev yer alacaq. Mərkəzdə Bəhlul Mustafazadə - Bədavi Hüseynov dueli yer alacaq. Sağ cinah da isə böyük ehtimal Toral Bayramov oynayacaq. Yarımmüdafiənin dayağında Julio Romao yer alacaq. "Tottenhem"lə görüşdə iştirak etməyən Marko Yankoviç hücumların qurulmasına kömək edəcək. Abdulla Zubir sol, Patrik Andrade isə sağ cinah vingeri kimi çıxış edəcək. Yassin Benzya isə pleymeker mövqeyində oynayacaq. Təbii ki, Ağdam təmsilçisinin qol ümidi Olavio Juninyo olacaq.