Dünyanın ən nüfuzlu idman nəşrlərindən olan "Sports Illustrated" İngiltərə Premyer Liqası tariqinin rəsmi olaraq ən yaxşı 50 futbolçusunun adını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, futbol ictimaiyyəti tərəfindən böyük maraq və müzakirələrlə qarşılanan siyahının zirvəsində Londonun "Arsenal" klubunun əfsanəsi qərarlaşıb.
Yayımlanan reytinq cədvəlinə əsasən, turnir tarixinin ən möhtəşəm futbolçusu statusuna "Arsenal" forması ilə bir çox rekordları alt-üst edən fransalı ulduz Tyeri Anri layiq görülüb.
İkinci pillədə isə "Mançester Yunayted"də nümayiş etdiyi performansla dünya səviyyəli ulduza çevrilən portuqaliyalı qol maşını Kriştianu Ronaldu yer alıb.
Siyahıda yer alan futbolçuların tam siyahısı isə belədir:
- Tyeri Anri
- Kriştianu Ronaldu
- Ueyn Runi
- Alan Şirer
- Kevin De Brüyne
- Məhəmməd Salah
- Roy Kin
- Frenk Lempard
- Harri Keyn
- Erik Kantona
- Con Terri
- Pol Skoulz
- Rayan Qiqqs
- Stiven Cerrard
- Serxio Aquero
- Dennis Berqkamp
- Patrik Vieyra
- Vircil Van Deyk
- David Silva
- David Bekhem
- Eden Azar
- Petr Çex
- Rodri
- Erlinn Holann
- Rio Ferdinand
- Peter Şmeyxel
- Eşli Koul
- N'Qolo Kante
- Vinsan Kompani
- Didye Droqba
- Toni Adams
- Canfranko Zola
- Luis Suares
- Yaya Ture
- Robin Van Persi
- Qaret Beyl
- Alisson Beker
- Nemanya Vidiç
- Robbi Fauler
- Endi Koul
- Rud Van Nistelroy
- Qari Nevill
- Sesk Fabreqas
- Sadio Mane
- Sol Kempbell
- Rober Pires
- Ceymi Vardi
- Edvin Van der Sar
- Trent Aleksander-Arnold
- Endryu Robertson
Bu tarixi siyahıda əsasən "Mançester Yunayted", "Arsenal", "Çelsi", "Liverpul" və "Mançester Siti" kimi turnirin taleyini həll edən nəhəng klubların əfsanələri üstünlük təşkil edir. "Bləkbörn Rovers" və "Nyukasl Yunayted" formaları ilə tarix yazan Alan Şirer isə dördlüyü tamamlayaraq siyahının ən xüsusi adlarından biri olub.



