UEFA Avropa Liqasının pley-off mərhələsində "Olimpiya"ya 2:0 hesabı ilə qalib gələn "Qarabağ" sayəsində UEFA reytinqində Azərbaycanın xal ehtiyatı artıb.
Offsideplus.az xəbər verir ki, ölkə reytinqinə 0,250 xal əlavə olunub və Azərbaycanın cari mövsümdəki xalları 2,500 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq cəmi 0,375 əmsala bərabərdir.
Qeyd edək ki, reytinqə 89,053 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədə qərarlaşıb.