İsrailin "Bney Yehuda" komandası "Neftçi" ilə UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü ərəfəsində problemlə üzləşib.

Offsideplus.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, heyətdəki futbolçulardan üçü zədəlidir. Bunlar müdafiəçi İtsik Azuz, eləcə də yarımmüdafiəçi Amit Zenati və Eytan Velblümdur. Onların durumlarının ciddi olduğu və meydana çıxıb-çıxmayacaqlarına oyun ərəfəsində qərar veriləcəyi bildirilir.

Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2.