AVRO-2024 ofsayd üçün VAR çağırışı olmadan keçirilə bilər.
Offsideplus.az xəbər verir ki, ofsayd aşkarlama texnologiyasını yaradan “Ballinno” şirkəti UEFA ilə əməkdaşlıq edən VAR operatoru Kinexonu məhkəməyə verib.
“Ballinno” Kinexonu texnologiyadan icazəsiz istifadə etməkdə ittiham edir.
Şirkətin yalnız ofsayd aşkarlama sistemi və ya bütün VAR sistemi üçün patenti pozduğu hələ məlum deyil.
Məhkəmə prosesi AVRO-2024-ün başlamasına 10 gün qalmış, iyunun 4-nə təyin edilib.


