Rusiya Federal Vergi Xidməti şüvüllə hündürlüyə tullanma üzrə ikiqat olimpiya çempionu Yelena İsinbayevanın borcu olduğunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 42 yaşlı idmançının dövlətə borcu 1,1 milyon rubl (təxmini 22770 manat) təşkil edir.
Y.İsinbayeva hazırda Rusiyadan kənarda yaşayır. O, bu ilin yanvarında şəxsi məşqçisi Yevgeni Trofimovun dəfnində iştirak etmək üçün vətənə baş çəkib.
Qeyd edək ki, bir müddət öncə Y.İsinbayevanın 2024-cü il üçün 465 688 rubl (təxmini 9640 manat) vergi borcu olması barədə məlumat yayılmışdı.