Beynəlxalq Gimnastika Federasiyası akrobatika gimnastikası üzrə gimnastlarımız Murad Rəfiyev və Daniel Abbasovu 2025-ci il Dünya kuboku seriyasının qalibi elan ediliblər.

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Kişi cütlüyümüz bu mövsüm ərzində 4 şəhərdə keçirilən Dünya Kuboku mərhələlərində iştirak ediblər. Təmsilçilərimiz Purs (Belçika), Burqas (Bolqarıstan), Bakı (Azərbaycan) və Jeşuv (Polşa) şəhərlərində stabil və yüksək nəticələr göstəriblər. Ümumilikdə toplanan xallar nəticəsində seriya üzrə ən yüksək nəticəyə sahib olublar.