Keniyalı yüngül atlet Rut Çepngetiç Çikaqo Marafonunun qalibi olub və yeni dünya rekorduna imza atıb.
Offsideplus.az xəbər verir ki, idmançı məsafəni 2 saat 9 dəqiqə 57 saniyəyə qət edib.
Qeyd edək ki, əvvəlki rekord Efiopiya təmsilçisi Tiqist Assefeyə məxsus idi (2 saat 11 dəqiqə 52 saniyə), o, bu rekorda 2023-cü ildə Berlin Marafonunda imza atmışdı.