Avropa Gimnastikası (EG) İcraiyyə Komitəsi qarşıdakı illər üçün yarışların keçiriləcəyi yerlərlə bağlı bir sıra mühüm qərarlar qəbul edib.

Offsideplus.az xəbər verir ki, bunlardan ikisi Azərbaycanda baş tutacaq.

Xüsusilə, 2025-ci ildə Gəncədə aerobika üzrə Avropa çempionatı, eləcə də bu növ üzrə Avropa yaş qrupu yarışları keçiriləcək.

Onların keçirilmə tarixləri də açıqlanıb. Yaş qrupları üzrə yarışlar noyabrın 9-11-də, qitə birinciliyi isə noyabrın 14-16-da olacaq.