Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, paralimpiya və 4 qat dünya çempionu Lamiyə Vəliyeva bu gün - yarışın altıncı günündə mübarizəyə qoşulacaq.

O, T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda gücünü sınayacaq.

Yarışın bu kateqoriya üzrə təsnifat mərhələsi saat 13.04-də, final mərhələsi isə 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.