“Plovdiv Cup Aerobics Open” aerobika gimnastikası turniri davam edir. 

Offsideplus.az xəbər verir ki, idmançılarımız finala yüksəlməyi bacarıblar. 

Təmsilçilərimiz bu nailiyyəti iki fərqli kateqoriyada qazanıblar. Dolmatov Vladimir, Mustafayeva Mədinə və Qurbanova Dilarə, həmçinin Dolmatov Vladimir və Mustafayeva Mədinə qarışıq cütlük olaraq yarışın final mərhələsində mübarizə aparacaq.