Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Anna Skidan mübarizəyə qoşulub.
Offsideplus.az xəbər verir ki, çəkicatma növündə mübarizə aparan atletimiz təsnifat mərhələsində ilk iki cəhdində 69.58 və 69.04 metr nəticə ilə yadda qalıb. Skidan 3-cü cəhdində daha uğurlu çıxış edərək 72.55 metr göstəriciyə nail olub. Bu nəticə ilə Anna A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutub. Beləliklə, Anna Skidan Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, qadınların çəkicatma yarışlarında qaliblər avqustun 6-da müəyyən olunacaq.