Batut gimnastikası üzrə Dünya kuboku davam edir.

Offsideplus.az xəbər verir ki, İsveçrənin Arosa şəhərində keçirilən yarışda təsnifat mərhələsi başa çatıb.

Azərbaycan millisinin gimnastı Selcan Maqsudova yarışa uğurla başlayıb. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi olan idmançımız final mərhələsində vəsiqə qazanıb.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.