Batut gimnastikası üzrə 52-ci Nissen kubokunda final mərhələsinin iştirakçıları bəlli olub.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin dörd gimnastı İsveçrənin Arosa şəhərində keçirilən yarışın təsnifat mərhələsini uğurla adlayıb.
Əli Niftəliyev, Ammar Baxşalıyev, Samirə Hüseynova fərdi və sinxron çıxışda medallar üçün mübarizə aparacaq. Ayan Şabanova sinxron çıxışda mükafatçılar sırasına düşmək imkanına malikdir.