“Milan” klubu yeni transferini rəsmən elan edib.

Offsideplus.az xəbər verir ki, klubun rəsmi internet saytında yayılan açıqlamada bildirilib ki, İngiltərə Premyer Liqası təmsilçisi “Vest Hem Yunayted”in hücumçusu Niklas Füllkruq 5 milyon avroluq satınalma bəndi ilə icarəyə götürülüb.

İtaliya klubunun paylaşımında, “Milan", Niklas Füllkruqun "Vest Hem Yunayted"dən icarə əsasında komandamıza qatıldığını məmnuniyyətlə elan edir” – ifadələrinə yer verilib.

Bundan əlavə, təcrübəli hücumçunun “Milan”da 9 nömrəli forma ilə çıxış edəcəyi açıqlanıb.