Daha bir canlı əfsanə "Milan" yolundadır.

Offsideplus.az xəbər verir ki, İspaniyanın təcrübəli müdafiəçisi Serxio Ramosun adı yenidən Avropa futbolunun gündəminə düşüb.

Məlumata görə, 38 yaşlı futbolçu vasitəçilər vasitəsilə "Milan"a təklif olunub.

Hazırda Meksikada çıxış edən Ramosun əsas məqsədinin 2026 Dünya Kubokunda İspaniya millisinin heyətində yer almaq olduğu bildirilir. Bu səbəbdən o, karyerasını davam etdirmək üçün yüksək səviyyəli bir Avropa klubuna qayıtmaq niyyətindədir.

"Milan" rəhbərliyi hələlik təklifə rəsmi reaksiya verməyib.