"Napoli"nin baş məşqçisi Antonio Konte yayda baş məşqçisini dəyişmək istəyən Turin təmsilçisi "Yuventus"un əsas hədəfinə çevrilib.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist və insayder Nikolo Skira "X" (əvvəlki Twitter) sosial şəbəkə hesabında məlumat verib.
Hazırda "Yuventus"un baş məşqçisi olan xorvatiyalı İqor Tudor 2025/2026 mövsümü üçün klubla müqaviləni uzatmayacaq. Onun Turin klubu ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır.
Daha əvvəl mətbuatda bildirilmişdi ki, Konte Neapol klubunun transfer siyasətindən narazıdır və özü də komandadan ayrılmağa meyllidir. Hazırda "Napoli" A Seriyasında çempionluğa yaxın olan klublardandır.
Qeyd edək ki, mövsüm ərzində "Yuventus" ötən yaydan 23 mart 2025-ci ilə qədər komandanın baş məşqçisi olmuş Tiago Mottanı istefaya göndərmişdi.