İtaliyalı hücumçu Federiko Kyeza “Liverpul”dan ayrılmağa yaxındır.

Offsideplus.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, futbolçu “Napoli” ilə mümkün əməkdaşlıq barədə danışıqlar aparır.

Mənbənin yazdığına əsasən, onunla İtaliya klubu arasında danışıqlar artıq irəliləyiş mərhələsindədir. Söhbət satınalma imkanı ilə icarədən gedir. “Napoli” artıq “Liverpul”a bu barədə rəsmi təklif göndərib. “Qırmızılar” isə müqaviləyə məcburi satınalma bəndinin daxil edilməsində israrlıdır. Kyezanın özü də bu keçidi karyerası üçün müsbət addım kimi qiymətləndirir.

Qeyd edək ki, Federiko Kyeza cari mövsümdə 13 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.