"Roma"nın sabiq futbolçu Françesko Totti 48 yaşında meydana qayıdacağını mümkünsüz saymayıb.
Offsideplus.az "Calcio e Finanza"ya istinadən "canavarlar"ın əfsanəsinin bu barədəki düşüncələrini paylaşır:
"Son zamanlar mənimlə əlaqə saxlayırlar. Həyatda "heç vaxt" demək mümkün deyil! Keçmişdə, karyeralarını bitirdikdən bir neçə il sonra meydana qayıdan oyunçular olub. A Seriyasında oynamaq üçün isə, çox ciddi məşq etməliyəm".
Qeyd edək ki, Françesko Totti 2017-2019-cu illərdə "Roma"nın direktoru kimi fəaliyyət göstərib.