Mats Hummels karyerasını İtaliyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı mərkəz müdafiəçisi "Roma" ilə danışıqlar aparır. Paytaxt təmsilçisi almaniyalı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalamaq niyyətindədir.
İtaliya mətbuatı iddia edir ki, oyunçu bu gün Münheni tərk edib. O, Romaya yola düşüb. Tibbi baxışdan keçdikdən sonra "canavarlar"la müqavilə imzalayacaq.
Qeyd edək ki, Hummelslə "Boloniya", "Ayaks", "Vest Hem", "Brayton" yaxından maraqlanır.