Mats Hummels maraqlı addımla diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, almaniyalı İtaliyanın Bolonya şəhərinə getməkdən imtina edib. Klub müdafiəçinin təyyarə biletini alıb, hətta tibbi müayinə təşkil edib. Lakin Hummels düşünmək üçün bir qədər vaxt istəyərək İtaliyaya getməkdən imtina edib.
Məlumatı “Corriere dello Sport” nəşri yayıb. Futbolçunun agentləri məsələ ilə bağlı açıqlama veriblər. Hummels övladı ilə vaxt keçirmək üçün bu addımı atıb.
Qeyd edək ki, müdafiəçi "Borussiya"dan (Dortmund) ayrıldıqdan sonra azad agentdir.