"Borussiya"nın sabiq futbolçusu Mats Hummels karyerasını İtaliyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Qeyd olunub ki, o, "Bolonya" ilə 1 illik müqaviləyə razılaşıb. Bildirilir ki, alman bonuslar istinsa 2 milyon avro qazanacaq.
Hazırda azad agent olan müdafiəçinin son klubu "Borussiya" olub. 35 yaşlı oyunçu geridə qalan mövsümdə 40 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.