İtaliya klubları avrokuboklardan kənarlaşdırıla bilər.
Offsideplus.az xəbər verir ki, buna səbəb ölkə qanunvericiliyində edilə biləcək dəyişiklikdir.
Belə ki, qanunvericilikdə dəyişiklik edilərsə, ölkənin futbol liqaları yerli federasiyadan müstəqil hərəkət edəcək.
UEFA isə buna qarşıdır. Qurum belə olacağı halda, italiyan klublarının avrokubok yarışlarından kənarda qalacağını bildirib.
Yekun qərarın nə zaman veriləcəyi bəlli deyil.