Yannik Sinner Andrey Rublyovu məğlub edərək "Italian Open" turnirinin yarımfinalına yüksəlib və "Masters 1000" seriyalı turnirlərdə ardıcıl qələbə sayına görə yeni rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, bu, italiyalının ardıcıl qələbə seriyasını 32-yə çatdırıb və Novak Cokoviçin 2011-ci ildə müəyyənləşdirdiyi əvvəlki rekorddan bir qələbə çoxdur.

Kortda təəssüratlarını bölüşən Sinner rekordlara fokuslanmadığını bildirib:

"Mən rekordlar üçün yox, öz tariximi yazmaq üçün oynayıram. Eyni zamanda, bu nəticə mənim üçün böyük məna kəsb edir. Lakin sabah yeni bir gündür və qarşıda fərqli bir rəqib var".