Mövsümü kuboksuz başa vuran "Real Madrid"də köklü dəyişikliklər gözlənilir.
Offsideplus.az xəbər verir ki, hazırda "Benfika"nı çalışdıran Joze Mourinyonun yenidən "Kral Klubu"nun sükanı arxasına keçməsi üçün danışıqlar həlledici mərhələyə daxil olub.
Portuqaliyalı mütəxəssisin son günlərdə Tibo Kurtua, Vinisius Junior və Kilian Mbappe ilə şəxsən əlaqə saxladığı bildirilir. Mourinyonun artıq gələcək layihəsini bu üç ulduzun ətrafında qurmağı planlaşdırdığı qeyd olunur.
Fransalı hücumçu Kilian Mbappenin Mourinyonun rəhbərliyi altında oynamağa böyük maraq göstərdiyi vurğulanır. Ulduz futbolçunun Mourinyonun nizam-intizamlı taktikasına və qalib ruhuna heyran olduğu, onunla işləməyin karyerasında yeni bir pillə olacağına inandığı deyilir.
Mourinyonun prezident Florentino Perezə üç əsas şərt qoyduğu iddia edilir:
- transferlərdə tam söz sahibi olmaq,
- klub daxili intizamı bərpa etmək üçün geniş səlahiyyətlər,
- heyətdə "təmizləmə" aparmaq imkanı.
Bəzi mənbələr tərəflər arasında razılığın əldə olunduğunu və rəsmi elanın yaxın günlərdə veriləcəyini iddia edirlər.


