"Mançester Siti"nin texniki heyətində ciddi dəyişikliklər gözlənilir.
Offsideplus.az xəbər verir ki, 15 ildən artıqdır ki, Pep Qvardiola ilə çiyin-çiyinə çalışan fiziki hazırlıq üzrə məşqçi Lorenzo Buenaventura mövsümün sonunda klubu tərk edəcək.
Klubdakı kadr islahatları bununla bitmir. Qapıçılar üzrə məşqçi Xabi Mansisidorun da müqaviləsi bu yay başa çatır və mütəxəssisin "şəhərlilər"lə yollarını ayıracağı gözlənilir.
Klub daxilindəki bu mühüm gedişlər Pep Qvardiolanın "Mançester Siti"dəki gələcəyi ilə bağlı ilk ciddi siqnallar kimi qiymətləndirilir. İspaniyalı mütəxəssisin öz gələcəyi barədə yekun qərarını mövsümün sonuna qədər açıqlamayacağı gözlənilsə də, yaxın köməkçilərinin komandadan ayrılması bu ehtimalları gücləndirir.
Əgər Qvardiola postundan ayrılmaq qərarı verərsə, klub daxilində onun yerinə əsas namizədlərdən biri artıq bəllidir. İtaliyalı mütəxəssis Entso Mareskanın adı potensial əvəzləyici kimi hallanmağa başlayıb.


