İspaniyalı yarımmüdafiəçi Rodri Madridin "Real" klubunun ciddi şəkildə əlaqələndirilməsinə baxmayaraq, "Mançester Siti" ilə yeni müqavilə imzalamaq üzrədir.

Offsideplus.az xəbər verir ki, ​"Şəhərlilər" hazırda danışıqları sürətləndiriblər və tərəflər arasında yekun qərarın tezliklə veriləcəyi gözlənilir. "Qızıl top" mükafatının sahibi olan ulduz futbolçunun İngiltərə təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.

​"Mançester Siti" rəhbərliyi ispan oyunçunu komandada saxlamaq üçün ona daha yaxşı şərtlərlə uzunmüddətli yeni sözləşmə təklif edib.