"Marsel"in ulduz futbolçusu Meyson Qrinvud Avropanın bir neçə böyük klubu ilə əlaqələndirilməsinə baxmayaraq, hazırkı klubunda qalmağı planlaşdırır.  

Offsideplus.az xəbər verir ki, "Yuventus", "Borussiya Dortmund" və "Atletiko Madrid" kimi nəhənglər 24 yaşlı hücumçunu yaxından izləsələr də, Qrinvud Fransada karyerasını davam etdirməkdə israrlıdır.

Bu mövsüm "Marsel" forması ilə 44 oyunda 26 qol və 10 məhsuldar ötürmə ilə yadda qalan ingilis oyunçu Liqa 1-də "mövsümün komandası"na seçilib.  

​Onun Fransa klubunda qalmaq istəməsinin əsas səbəbi burada əsas heyət oyunçusu olması və komandada özünü rahat hiss etməsidir. Qrinvudun "Marsel" ilə müqaviləsi 2029-cu ilin yayına qədər davam edir.  

​Məlumat: Qrinvudun bu mövsümkü məhsuldarlığı onu Avropanın ən çox axtarılan hücumçularından birinə çevirib, lakin futbolçu tələsik transfer əvəzinə öz mövqeyini daha da möhkəmləndirməyə üstünlük verir.