Braziliyalı gənc ulduz Endrik gələn həftənin bazar ertəsi günü yenidən Madridə qayıdacaq.
Offsideplus.az xəbər verir ki, Fransanın "Lion" klubu mövsümü bu bazar günü yekunlaşdırır və braziliyalı hücumçu dərhal ertəsi gün Madridə yola düşəcək.
19 yaşlı futbolçu qarşıdan gələn Dünya Çempionatına ən yüksək səviyyədə hazırlaşmaq məqsədilə "Real Madrid" rəhbərliyinə müraciət edərək, klubun Valdebebasdakı bazasında məşqlərə qatılmaq istədiyini bildirib.
Qeyd edək ki, icarə əsasında çıxış etdiyi "Lion" forması ilə uğurlu mövsüm keçirən Endrik, meydana çıxdığı 20 matçda 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.


