Azərbaycan taekvondoçusu Cavad Ağayev Almaniyanın Münhen şəhərinin ev sahibliyi etdiyi Avropa çempionatını mükafatla başa vurub.
Offsideplus.az xəbər verir ki, 74 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız uğurlu çıxışı ilə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bürünc medala gedən yolda o, ardıcıl olaraq San-Marino, Almaniya və Çexiya təmsilçilərini məğlub edərək rəqiblərinə şans tanımayıb.
Qeyd edək ki, sözügedən yarışda komandamızın digər üzvləri İmaməddin Xəlilov və Sabir Zeynalov da gümüş medal qazanaraq aktivimizə növbəti uğurları yazdırıblar.


