Azərbaycanın qadın güləşçisi Xədicə Qurbanzadə Bolqarıstanın Samokov şəhərində təşkil olunan U-17 Avropa çempionatında uğurlu çıxış edərək gümüş medala sahib çıxıb.

Offsideplus.az xəbər verir ki, 49 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız turnirin həlledici qarşılaşmasında Ukrayna təmsilçisi Olena Koluba ilə üz-üzə gəlib. Gərgin keçən final görüşündə rəqibinə 0:10 hesabı ilə məğlub olan güləşçimiz fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

​Xatırladaq ki, yeniyetmələrin qitə birinciliyinə mayın 17-də yekun vurulacaq.