​"Real Madrid"in "Santiaqo Bernabeu" stadionunda "Real Oviedo"ya qarşı keçirdiyi qarşılaşmada ciddi gərginlik yaşanıb.

Offsideplus.az xəbər verir ki, mövsümü uğursuz başa vuran madridli tərəfdarlar komandanın ulduz futbolçularına və rəhbərliyə etirazlarını bildiriblər.

​Azarkeşlər Kilian Mbappe və Vinisius Junioru hədəf alaraq, onların çıxışlarını kəskin şəkildə islıqlayıblar.

​Klub prezidenti Florentino Perez tribunadakı azarkeşlərlə mübahisə yaşayıb.

​Stadionda prezidentin istefasını tələb edən və onu uğursuzluqda ittiham edən müxtəlif etiraz pankartları açılıb.

​Mühafizə xidməti rəhbərlik əleyhinə açılan həmin pankartları qısa müddətdə yığışdırıb.

​Bu hadisə son vaxtlar "Real Madrid" daxilində idarəçilik və nəticələrlə bağlı yaranan dərin narazılığın növbəti göstəricisi olub.