İngiltərə Premyer Liqası gələn mövsümdən etibarən VAR (Video Köməkçi Hakim) sisteminin tətbiq dairəsinin genişləndirilməsi təklifini rədd etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, sözügedən yenilik ilk dəfə qarşıdan gələn Dünya Çempionatında tətbiq ediləcəkdi. Bu qaydalara əsasən, VAR hakimləri aşağıdakı hallarda oyuna müdaxilə edə bilərdilər:
- Künc zərbələrinin təyinindəki yanlışlıqlar;
- Mübahisəli ikinci sarı vərəqə qərarları.
Lakin Premyer Liqa rəhbərliyi və klublar bu dəyişikliyin oyunların vaxtını daha da uzadacağından, yayımçı şirkətlərlə problemlər yaradacağından və hakimlər üzərindəki təzyiqi artıracağından ehtiyat edirlər.
Məsələ ilə bağlı yekun qərar gələn ay keçiriləcək illik ümumi yığıncaqda Premyer Liqa klubları tərəfindən veriləcək.
Hazırkı atmosfer isə klubların bu "Dünya Çempionatı üslublu" genişlənməyə "yox" deyəcəyini göstərir.


