"Mançester Siti" rəhbərliyi "Real Madrid"in ulduz futbolçusunu transfer hədəfinə çevirib.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Federiko Valverde ilə komanda yoldaşı Aurelien Çuameni arasında yaşanan gərginlik Avropanın nəhəng klublarını ayağa qaldırıb.

Fransanın PSJ və İngiltərənin "Mançester Siti" klubları uruqvaylı futbolçunun ətrafındakı vəziyyəti diqqətlə izləyir və rəsmi təklif hazırlayırlar.

​PSJ Valverdeni orta xəttin "mühərriki" kimi görür və onun üçün 100-120 milyon avro civarında məbləğ ödəməyə hazırdır.

"Mançester Siti" və hətta "Mançester Yunayted" də yaranmış bu qeyri-müəyyənlikdən istifadə edərək futbolçunu heyətinə qatmaq planları qurur.

​Hazırda Valverdenin prioriteti "Real Madrid"də qalmaq və azarkeşlərin etibarını yenidən qazanmaqdır.

Lakin klubun bu insidentdən sonra futbolçunu satış siyahısına qoyacağı ilə bağlı şayiələr transfer ehtimallarını daha da gücləndirir.

​Son vəziyyət: Aldığı zədə səbəbindən Valverde mövsümün sonundakı bir neçə vacib matçı, o cümlədən "Barselona" ilə "Klasiko"nu buraxmalı olacaq. Onun iyunun 15-də start götürəcək Dünya Çempionatına qədər tam sağalması gözlənilir.