"Lids Yunayted" klubunun müdafiəçisi Dieqo Llorente daha bir mövsüm icarə əsasında "Roma"da qalacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Roma” İngiltərə klubu ilə 29 yaşlı futbolçunun icarə müddətini 2024-cü ilin iyun ayının sonuna qədər uzatmaq üçün razılaşıb.