Azərbaycanlı futbolçu Mahir Emreli şərəfini qoruduğu "Nürnberq"in heyətində Almaniyanın 2-ci Bundesliqasında növbəti matçını sabah keçirə bilər.

Offsideplus.az xəbər verir ki, Miroslav Klozenin rəhbərlik etdiyi kollektiv doğma divarlar arasında "Hamburq"u qəbul edəcək. 

Oyun ərəfəsində komandanın əsas "qol silahı" Stefanos Tzimas zədələnib. Onun yoxluğunda Mahir Emrelinin start heyətində yer alacağı böyükdür.

Bu məqama diqqət yönəldən Almaniyanın məşhur BILD nəşri həmyerlimizin "Nürnberq"də vurduğu son qolu da xatırladıb: "Mahir Emreli ehtiyatda qaldığına, az oynadığına görə məyus olur. Qarşıdakı görüşdə Tzimasın yoxluğunu unutdurmaq lazımdır. Ancaq yaddan çıxarmayaq ki, Emreli son qolunu 5 ay əvvəl "Folksparkştadion"da məhz "Hamburq"la matçda vuraraq, 1:1 başa çatan oyunda hesabı bərabərləşdirib. Bu, onun 2-ci Bundesliqada 3-cü və sonuncu qolu olub".

Qeyd edək ki, "Nürnberq" - "Hamburq" qarşılaşması sabah Bakı vaxtı ilə saat 15-də start götürəcək.