“Napoli” klubunun hücumçusu Viktor Osimhen İtaliyada “ilin ən yaxşı əcnəbi idmançısı” elan edilib.

Offsideplus.az xəbər verir ki, Nigeriyadan olan 24 yaşlı futbolçu bu ada 2022-ci il ərzində göstərdiyi performansa görə layiq görülüb.

Futbolçunun mükafatlandırılma mərasiminə “Napoli”nin prezidenti Aurelio De Laurentis də qatılıb.