"Milan" klubu İsmael Bennaserlə yeni müqavilə ilə bağlı razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçinin sözləşməsinin müddəti 2027-ci ilin yayına kimi uzadılacaq. Rəsmi açıqlama növbəti həftə ediləcək.

25 yaşlı futbolçu illik 4 milyon avro maaş alacaq. Onun sərbəstqalma məbləği 50 milyon avro təyin ediləcək.