Cari mövsümdə İtaliya “Napoli”sində əla çıxışı ilə seçilən Xviça Kvaratsxeliya ilə bağlı yayılan xəbərlər təkzib olunub.

Offsideplus.az xəbər verir ki, bir çox xarici mətbu orqan gürcüstanlı futbolçunun İngiltərənin iki nəhəng klubunun maraq dairəsinə düşdüyünü iddia edir.

Lakin “Napoli”nin idman direktoru Kristian Qintoli bu xəbərləri yalanlayıb.

O, kluba Xviça ilə bağlı heç bir təklifin olmadığını söyləyib.