"Napoli"nin yüksələn ulduzu Xviça Kvaratsxeliya Avropanın bir çox nəhəng klublarının marağındadır.
Offsideplus.az "90 min" saytına istinadən xəbər verir ki, "Real", "Siti" və PSJ klubları 21 yaşlı vingeri yaxından izləmək üçün skautlarını "Napoli"nin oyunlarına göndəriblər.
Xviça daha öncə "Sport"a açıqlamasında, "Siti"nin əfsanəsi Georgi Kinkladzenin idolu olduğunu bildirsə də, "Real" azarkeşi olduğunu söyləmişdi:
"Uşaqlığımdan bəri böyük klublarla oynamağı xəyal etmişəm. Bu klub "Real Madrid" idi, lakin "Napoli" də nəhəng klubdur. Ona görə də arzum gerçəkləşib. Gələcəyimlə bağlı əmin deyiləm, nələr olacağını görəcəyik".
Qeyd edək ki, "Napoli" yayda Xviçanl "Dinamo" (Batumi) klubundan transfer edib. Xviça Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.