"Napoli" "Ayaks"ın futbolçusu Nikolas Talyafikonu transfer etmək istəyir.

 Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi  29 yaşlı argentinalı müdafiəçi üçün Amsterdam klubuyla danışıqlar aparır.

Talyafikonun paytaxt klubuyla hazırkı sözləşməsi 2023-cü ildə başa çatır.

Qeyd edək ki, adıçəkilən oyunçu 2018-ci ilin yanvarından "Ayaks"da çıxış edir. O, Argentina millisinin heyətində də 36 matçda meydana çıxıb.