Müqavilə ilə Madrid "Atletiko"suna məxsus olan Alvaro Morata "Yuventus"da qalacaq.

Offsideplus.az xəbər verir ki, "qoca sinyora" müqavilənin uzadılması seçimindən istifadə edərək 28 yaşlı hücumçunun icarə müddətini uzadıb.

Qeyd edək ki, Morata ötən mövsüm A seriyasının 32 matçında oynayıb, 11 qol vurub və 9 qolun ötürməsini verib.