Maliyyə sıxıntısından qurtulmağa çalışan "Yuventus" aparıcı futbolçularından bəzilərini satmağa hazırlaşır.

Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, siyahının ən başında Adrien Rabyo dayanıb. Klub rəhbərliyi Fransa millisinin üzvünü sərfəli qiymətə satıb, klubun maliyyə durumunu nisbətən qaydasına salmaq istəyir. "Barselona" ilə "Everton"un 26 yaşlı futbolçu ilə yaxından maraqlanması da "Yuventus" rəsmilərini həvəsləndirib. 

Qeyd edək ki, klubla 2023-cü ilə qədər müqaviləsi olan futbolçunun transfer dəyəri 35 milyon avrodur. O, cari mövsümdə ağ-qara formada meydana çıxdığı 41 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə verib.