“Milan” klubu ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, "rossonyerlər"in yarımmüdafiəçisi İsmael Bennaser sıradan çıxıb.
Futbolçu ötən gecə Avropa Liqasının 1/16 final mərhələsində “Srvena Zvezda”ya (Serbiya) qarşı keçirilən səfər matçında (2:2) zədələnib.
23 yaşlı futbolçu A Seriyasının 23-cü turu çərçivəsində, fevralın 21-də keçiriləcək “Milan” - “İnter” oyununda heyətdən kənarda qalacaq.