İtaliyanın “Latsio” klubunun rəhbərliyi baş məşqçisi Simone İnzaginin komandada qalmasını istəyir.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi 44 yaşlı mütəxəssisə yeni müqavilə təklif edib.

Tərəflər arasında artıq ilkin razılıq da edilib. Anlaşmaya əsasən, İnzagi gələn ilin yayına qədər olan sözləşmə müddətini daha 2 il uzadacaq. 

Qeyd edək ki, Simone İnzagi isə 2016-cı ildən komandaya rəhbərlik edir.