"Roma" kubunun zədəli futbolçuları Edin Ceko və Stefan El-Şaarivinin son durumu məlum olub.
Offsideplus.az xəbər verir ki, hər iki hücumçu üç həftə yaşıl meydanlardan uzaq qalacaq. Onların A seriyasının 17-ci turunda "Yuventus"a qarşı matça (22 dekabr)kimi bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, E.Ceko Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Real"la oyun öncəsi son məşqdə zədələnib. El-Şaaravi isə Madrid klubu ilə görüşün 22-ci dəqiqəsinə zədələnib.